“Azərbaycan bayrağı bu il mayın 28-də azad edilən torpaqlarda da dalğalanır” - Çavuşoğlu

14:50 28.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Respublikasının Xarici İşlər Naziri Mövlud Çavuşoğlu 28 May – Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

 

Hafta.az xəbər verir ki, türkiyəli nazirin təbrik mesajı onun rəsmi tvitter səhifəsində yerləşdirilib.

 

“Vətən Müharibəsində qazanılmış dastan kimi zəfərin sevinci ilə Can Azərbaycanı Respublika Günü münasibətilə təbrik edirəm. Şanlı Azərbaycan bayrağı bu il mayın 28-də işğaldan azad edilən torpaqlarda da dalğalanır! Üç rəngli bayrağınla məsud yaşa, Can Azərbaycan!”, – M.Çavuşoğlu deyib.